HƏMAS-ın nümayəndə heyəti Moskvaya səfər etdi
    • 19-01-2024, 18:00
    • 209

HƏMAS-ın nümayəndə heyəti Moskvaya səfər etdi

Fələstin HƏMAS hərəkatının beynəlxalq əlaqələr bürosunun rəhbəri Musa Əbu Mərzukun başçılıq etdiyi nümayəndə heyəti Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanovla görüşüb.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

Məlumata görə, tərəflər Qəzza zolağında atəşkəsə nail olmağın yollarını müzakirə edib. Qeyd edilib ki, HƏMAS-ın girov götürdüyü insanlarla bağlı fikir mübadiləsi edilib.

HƏMAS rəhbərliyinin nümayəndə heyəti işğalçı hakimiyyətin fələstinlilərə qarşı cinayətkar hərəkətlərinin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb. Hərəkat nümayəndələri Fələstin xalqının azadlıq və öz evlərinə qayıtmaq hüququnu, habelə qanunsuz işğala qarşı bütün mümkün vasitələrlə müqavimətini bir daha təsdiqləyiblər.

Mehriban Mirzəzadə