HƏMAS rəsmisi Rusiyaya gəldi
    • 26-10-2023, 17:28
    • 159

HƏMAS rəsmisi Rusiyaya gəldi

Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun üzvü Əbu Mərzuk Moskvada səfərdədir. 

News24.az xəbər verir ki, səfərin hansı məzmunda baş tutduğu açıqlanmayıb. 

Xatırladaq ki, bundan əvvəl xarici işlər nazirinin müavini, Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Qətərdə HƏMAS-ın siyasi lideri ilə görüşdüyünü və onunla girovların taleyini müzakirə etdiyini bildirib.

Oktyabrın 26-da Rusiya Xarici İşlər Nazirliyi Fələstin prezidenti Mahmud Abbasın yaxın vaxtlarda ölkəyə səfər edəcəyini və dövlət başçısı Vladimir Putinlə görüşəcəyini bildirib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağını bildirib. 

Qumral