-
- 15-04-2019, 10:31
- 1 196
Milli Kitabxanada Beynəlxalq Mədəniyyət Günü münasibətilə kitab sərgisi açılıb
Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında “15 aprel - Beynəlxalq Mədəniyyət Günüdür” adlı kitab sərgisi açılıb.
Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, sərgidə Azərbaycan, dünya mədəniyyəti, incəsənəti, mədəniyyətlərin qarşılıqlı əlaqəsində UNESCO-nun rolu haqqında Azərbaycan dilində və xarici dillərdə kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilənin imzalanması ilə əlaqədardır. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
Həmin vaxtdan etibarən dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi qeyd edilir.