Bakıda bürünc medal qazanmış cüdoçu vəfat etdi
    • 22-01-2024, 14:20
    • 272

Bakıda bürünc medal qazanmış cüdoçu vəfat etdi

Kubalı cüdoçu Mariset Espinoza qəflətən dünyasını dəyişib.

News24.az "Unikal"a istinadən xəbər verir ki, 34 yaşlı idmançının ölümünə infarkt səbəb olub.

Ölkəsinin cüdo tarixində özünəməxsus yeri olan M.Espinoza 63 kiloqram çəki dərəcəsində Panamerika Oyunlarında iki dəfə qızıl medal qazanıb.

Bundan başqa, o, Azərbaycan, Çin, ABŞ, Yaponiya, Braziliya, Belçika, Panama və İtaliyadakı yarışlarda mükafatçılar sırasına düşüb.

Cüdoçu 2016-cı ildə Bakıda keçirilmiş "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb.