İsrail ordusu Qəzzada ağır itki verdi: RƏSMİ AÇIQLAMA
    • 23-01-2024, 23:18
    • 182

İsrail ordusu Qəzzada ağır itki verdi: RƏSMİ AÇIQLAMA


İsrail ordusu Qəzzada ağır itkilərlə üzləşib.Əməliyyat zamanı 21 İsrail hərbçisi öldürülüb.

R TV “TRT Haber”-ə istinadən xəbər verir ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail hərbçiləri HƏMAS qruplaşmasına aid olduğu zənn edilən ikimərtəbəli binaya daxil olaraq orada partlayıcılar yerləşdirməyə başlayıblar.Məqsəd binanın partlatmaq olub.

 Bu zaman HƏMAS qruplaşmasının üzvləri ərazidə müdafiəni təşkil etməyə çalışan İsrail ordusuna aid olan Merkava 4 tankını tank əleyhinə qumbaraatanla vurublar. Ardınca binada partlayış baş verib. Ehtimal edilir ki, HƏMAS üzvləri binaya da qumbaraatandan atəş açıb. Partlayış zamanı binanın daxilində olan 21 İsrail hərbçisi ölüb. Məlumatı İsrail Müdafiə ordusunun rəsmi nümayəndəsi Daniel Haqari təsdiqləyib.

Baş nazir Benyamin Netanyahu isə hərbçilərin həlak olmasını şərh edərək bildirib ki, bu müharibə başlayandan indiyədək onlar üçün ən ağır gündür.