Qəzza zolağında ölən İsrail hərbçilərinin sayı artıb
    • 14-01-2024, 09:29
    • 152

Qəzza zolağında ölən İsrail hərbçilərinin sayı artıb


İsrail Ordusu Qəzzada hərbi əməliyyatlar zamanı daha bir əsgərini itirib.

News24.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Bununla da İsrail Ordusunun noyabrın sonundan Qəzza zolağında keçirdiyi quru əməliyyatları zamanı itirdiyi hərbçilərin sayı 188-ə çatıb.

HAMAS döyüşçülərinin oktyabrın 7-dən hücumu nəticəsində vəziyyətin gərginləşməsindən ötən dövr ərzində isə ölən İsrail hərbçilərin sayı isə 522 olub.