-
- 24-01-2024, 18:00
- 217
İngiltərə ABŞ və Aİ-ə çağırış etdi
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ABŞ və Avropa İttifaqını Londondan nümunə götürməyə və Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb.
News24.az xəbər verir ki, bu barədə o öz X sosial şəbbəkəsində məlumat verib.
"Başqalarının da bu mövzuda nümunə götürməsinin vaxtıdır. Vaşinqtondan Brüsselə qədər, Kiyevin də bizim köməyimizə ehtiyacı var və biz hamımız hərbi dəstəyi artırmalı və Ukraynaya qələbə üçün lazım olanı verməliyik", - deyə Şapps bildirib.
O həmçinin qeyd edib ki, Vaşinqtondan dəstək olmasa, Qərb ölkələri də böyük ehtimalla bundan imtina edə bilər.
Xatırladaq ki, daha öncə Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevə səfəri zamanı 2024-cü il üçün 2,5 milyard funt sterlinq məbləğində ən böyük yardım paketinin ayrıldığını açıqlayıb və Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Yeni müqavilə 10 il müddətinə nəzərdə tutulub, Böyük Britaniya bu müddət ərzində Ukraynaya dəstək verəcək.
Mehriban Mirzəzadə