Ukraynanın bu bölgəsində partlayış: Yaralılar var
    • 25-01-2024, 08:22
    • 182

Ukraynanın bu bölgəsində partlayış: Yaralılar var


Ukraynanın Odessa şəhərində partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə yerli “Strana.ua” qəzeti teleqram kanalında məlumat yayıb.

“Odessada partlayış səsləri eşidilir”, – nəşr yazır.

Telekanalın məlumatına görə, bundan əvvəl bölgədə hava hücumu xəbərdarlığı elan edilib, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı isə pilotsuz təyyarələrin hücumu ilə bağlı xəbərdarlıq edib.

Sonrakı məlumatlarda partlayışdan sonra yanğının baş verdiyi bildirilir.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, yaşayış binasına ziyan dəyib, iki nəfər yaralanıb./teleqraf