Rusiya qonşu ölkə ilə sərhəd-keçid məntəqəsini BAĞLAYACAQ
    • 25-01-2024, 16:53
    • 183

Rusiya qonşu ölkə ilə sərhəd-keçid məntəqəsini BAĞLAYACAQ

Rusiya Estoniya ilə sərhəddəki İvanqorod avtomobil keçid məntəqəsini bağlayacaq.

News24.az xəbər verir ki, bu barədə Şimal-Qərb Gömrük İdarəsinin gömrük nəzarətinin təşkili xidmətinin rəisi Aleksandr Vinoqradov məlumat verib.

Məlumata görə, keçid məntəqəsi 2024-cü il fevralın 1-dən yenidənqurma üçün bağlanacaq. Nəzarət-keçid məntəqəsinin təxminən iki il yarım fəaliyyət göstərməyəcəyi bildirilir. 

Məhdudiyyət yalnız avtomobillərin keçid hissəsinə tətbiq ediləcək. Piyada hissəsi isə fəaliyyətini davam etdirəcək.