Ali Məhkəmədə görüş keçirildi - FOTO
    • 25-01-2024, 18:22
    • 121

Ali Məhkəmədə görüş keçirildi - FOTO

“Femida Dialoq Platforması”nın  məqsədi ortaya çıxan problemlərin hüquqşünaslar, habelə vətəndaş cəmiyyəti ilə birgə həllidir”.

News24.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov layihə çərçivəsində keçirilən növbəti görüşdə deyib. 

Sədr ali təhsil müəssisələrinin hüquq fakültələrinin professor-müəllim heyəti ilə müzakirələr zamanı onlara layihə barədə ətraflı məlumat verib. 

İnam Kərimov deyib ki, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlara dəstək verməkdir. 

Onun sözlərinə görə, 2023-cü il ərzində həm ölkəmiz, həm də məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlib. 

Sədr əlavə edib ki, onlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsində peşəkarlığın artırılması, innovativ texnologiyaların tətbiqi zamanın tələbidir. 

Tədbir zamanı həmçinin, ali məktəblərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. 

Qeyd olunub ki, Ali Məhkəmənin hüquq fakültələri ilə sıx əməkdaşlığı ölkəmizdə hüquq elminin inkişafına və peşəkar hüquqşünas kadrların yetişməsinə mühüm töhfə verəcək.