-
- 26-01-2024, 11:22
- 140
Qəzzada baş verənləri soyqırım adlandırmaq olar
Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev dünən Qazaxıstanın ev sahibliyi ilə Astanada başlayan və bu gün ümumi iclasla başa çatan Suriya üzrə 21-ci Astana danışıqlarından sonra mətbuat konfransı keçirib.
News24.az bildirir ki, Lavrentyev Qəzza zolağındakı vəziyyətə də toxunub.
"Qəzza zolağında baş verən faciəvi hadisələr qeyri-insani xarakter alıb. Qısa müddətdə qadın və uşaq da daxil olmaqla, bu qədər insanın həlak olması həqiqətən cinayətdir. Bunu soyqırım kimi xarakterizə etmək olar", - deyə o qeyd edib.
Nəzrin