-
- 17-01-2024, 13:00
- 217
Cənubi Koreya hərbi təlimlərə başladı
Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri ABŞ və Yaponiya ilə birlikdə KXDR-dən gələn raket təhlükəsinə qarşı mübarizə aparmaq üçün Çeju adasının cənubundakı sularda birgə təlimlər keçirib.
News.24.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
"Təlim üç ölkənin Şimali Koreyanın nüvə, raket və dəniz təhdidlərinə qarşı çəkindirmə və cavab imkanlarını gücləndirmək məqsədi daşıyır", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, təlimlər yanvarın 15-dən 17-dək baş tutub. Qərargah Komitəsinin rəhbəri Kim Myung-soo Amerikanın “Karl Vinson” təyyarədaşıyan gəmisinə baş çəkib, həmçinin manevrlərin gedişatını yoxlayıb. Tərəflər həmçinin Pxenyandan gələn təhlükəyə daha yaxşı qarşı çıxmaq üçün çoxillik təlim planını birgə hazırlamağa razılaşıblar.
Mehriban Mirzəzadə