-
- 27-01-2024, 14:30
- 205
İran XİN-dən İsrail rəsmilərinə sərt reaksiya
İsrail rejimi rəsmiləri məsuliyyətə cəlb edilməlidir.
News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Bu gün saxta İsrail rejiminin məmurları qlobal ictimai rəydə fələstinlilərə qarşı soyqırım və misli görünməmiş hərbi cinayətlər törətdiklərinə görə dərhal məsuliyyətə cəlb edilməlidilər”- deyə nazir bildirib.
Qeyd edək ki, Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi dünən Qəzza zolağına edilən hücumlarla əlaqədar BMT-nin Soyqırım Konvensiyasını pozduğu üçün Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədliyyə Məhkəməsində qaldırdığı işdə İsrailə qarşı müvəqqəti tədbirlər haqqında qərar açıqlayıb.
Mehriban Mirzəzadə