İran İsrailə müharibə elan edəcək?
    • 17-10-2023, 16:31
    • 187

İran İsrailə müharibə elan edəcək?

"Yaxın saatlarda Qəzza zolağındakı müqavimət qüvvələrindən profilaktik tədbirlər gözləmək olar".

News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkənin dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrailə Qəzza zolağında nəticəsiz hər hansı bir hərəkət etməyə icazə verilməyəcək.

İran XİN rəhbəri Tehranın müharibəyə qarışması ehtimalını şərh edərkən deyib ki, istənilən ehtimalı təsəvvür etmək olar.

Xatırladaq ki, rəsmi Tehran daha əvvəl bəyan etmişdi ki, İsrail İrana, İran vətəndaşlarına hücum etmədikcə və ya ölkənin maraqlarına müdaxilə etmədikcə, İsrailə qarşı heç bir hərbi addım atmayacaq.

Qumral