-
- 27-01-2024, 18:35
- 244
Zəlzələ ilə bağlı AÇIQLAMA: “Bu bölgədə davam edəcək…”
Egey dənizində, İzmirin Menderes rayonunda baş verən 5,1 bal gücündə zəlzələ əhali arasında narahatlıq yaradıb.
News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə danışan türkiyəli mütəxəssis Övgün Ahmet Ercan afterşokların hələ 2 həftə davam edəcəyini bildirib.
"Kuşadası Pamucak körfəzinin şimalında saat 08.19-da 5,1 bal gücündə zəlzələ baş verdi. Bunun əsas zəlzələ olduğu qənaətindəyəm. Afterşoklar isə 2 həftə davam edəcək. 1-2 gün ərzində 4 bal gücündə ikinci təkan gələ bilər. Bu bölgədə bu böyüklükdə zəlzələ dağıdıcı deyil", - deyə o qeyd edib.