Azərbaycanda evdən çürümüş meyit tapıldı
    • 17-06-2023, 10:30
    • 220

Azərbaycanda evdən çürümüş meyit tapıldı

Ucarda evdə meyit aşkarlanıb.

News24.az xəbər verir ki, rayonun Qazıqumlaq kənd sakini, 1954-cü il təvəllüdlü Gülmira Molla qızı Cəbrayılovanın yaşadığı evdə çürümüş meyiti aşkar edilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Gülmira Cəbrayılova uzun illərdən bəri ürək xəstəliyindən əziyyət çəkib, həmçinin hadisə yerinə baxış zamanı müxtəlif növdən olan dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.