3 ulduz "Qalatasaray"dan ayrıla bilər
    • 14-01-2024, 18:57
    • 311

3 ulduz "Qalatasaray"dan ayrıla bilər


"Qalatasaray" klubunda 3 ayrılıq gözlənilir. 

News24.az Offsideplus.az-a istinadən bildirir ki, "Cim-Bom"un oyunçuları Avropa nəhənglərinin transfer siyahısına düşüb. "Sabah" nəşrinin məlumatına görə, İngiltərədən "Arsenal", Fransadan PSJ ve Almaniyadan "Bayern" (Münhen) Saşa Boe ilə maraqlanır. "Sarı-qırmızılar" Boe üçün ən azı 20 milyon avro tələb edəcək.

İtaliyadan "Napoli" klubu isə Devinson Sançesi heyətində görmək istəyir. A Seriyası təmsilçisi futbolçunun agenti ilə danışıqlara başlayıb. 

Bundan əlavə, Vilfred Zaha Səudiyyə Ərəbistanı klublarının hədəfindədir. Lakin ərəblər "Qalatasaray"la əlaqəyə keçməyib.