-
- 29-01-2024, 13:30
- 270
Rusiya və Ukrayna danışıqlara 2024-cü ildə başlayacaq
Rusiya və Ukraynanın müharibədə tükənməsi fonunda bu ilin sonunda sülh danışıqları üçün fürsət pəncərəsi açıla bilər.
News24.az xəbər verir ki, bu fikri NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis deyib.
“Düşünürəm ki, ilin sonuna qədər, bəlkə də ABŞ seçkilərindən sonra bizim potensial danışıqlar üçün vaxtımız olacaq. Həm Rusiya, həm də Ukrayna çətinliklər yaşayır və üçüncü tərəflərdən yardım alır, lakin çox güman ki, danışıqları gecikdirəcəklər”,-deyə Stavridis bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibə Koreya müharibəsi kimi bitə bilər, bu isə o deməkdir ki, Rusiya Ukraynanın müəyyən hissəsinə, Krımı, Rusiyaya quru körpüsünə nəzarət edəcək.
O həmçinin qeyd edib ki, bu müddət ərzində Ukrayna həm də NATO-ya daxil olacaq.
Mehriban Mirzəzadə