-
- 26-05-2023, 12:18
- 249
Ukrayna ilə danışıqlar yalnız bu halda mümkündür - Medvedev
"Volodimir Zelenski hakimiyyətdə olduğu müddətdə Ukrayna ilə danışıqlar mümkün deyil".
News24.az xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Hər şey həmişə danışıqlarla bitir və bu qaçılmazdır, lakin bu insanlar hakimiyyətdə olduğu müddətdə danışıqlar baxımından Rusiya üçün vəziyyət dəyişməyəcək”, - deyə siyasətçi bildirib.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında sonuncu üzbəüz danışıqlar 2022-ci ilin mart ayının sonunda İstanbulda baş tutub. Bundan sonra onlayn rejimdə bir neçə görüş keçirilsə də, sonra danışıqlar dayandırılıb. Daha sonra Zelenski Putinlə danışıqları qadağan edən fərman imzalayıb.