-
- 29-01-2024, 14:16
- 161
Nikol Paşinyan gənclərin ordudan yayındığını etiraf edib
“Ölkəmizin ordusu inasnlarımız üçün ucuz tost obyekti olmamalıdır”.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur:
“Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdir”.
Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib:
“Ermənistan müdafiə sahəsində əlaqələri şaxələndirməyə ehtiyac duyur və bu istiqamətdə irəliləyir. Müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı köklü inanclar faciəli nəticələrə gətirib çıxardı.
Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur. Və biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”, - deyə Nikol Paşinyan qeyd edib.
Nəzrin