-
- 30-07-2018, 20:00
- 1 091
Iki gün ərzində Azərbaycanda 35 yanğın baş verib
Siyəzən rayonunun Ərziküş, Köhnə Quşçu kəndləri və Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında otlaq sahədə başlamış və küləyin təsirindən meşə ərazisinə (Altıağac dövlət təbiət qoruğunun ərazisi) keçmiş yanğınların yayılmasının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.
İyulun 29-da tarixində Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb.
Hazırda yanğın ocaqlarında kəşfiyyat işləri aparılır. Mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
Qeyd edək ki, 28 iyul 2018-ci il tarixindən 30 iyul 2018-ci il tarixinədək (saat 09:00-dək) Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin ərazisində (Siyəzən, Şabran və digər rayonlarında) meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb.
Yanğınlar nəticəsində 1315 ha ərazi (meşə ərazisi 5 ha, digər ərazilər 1310 ha) yanıb.