-
- 30-01-2024, 18:32
- 210
"İsrail qoşunlarını Qəzzadan çıxarmayacaq" - Netanyahu
İsrail Qəzza zolağından qoşunlarını çıxarmaq və fələstinliləri həbsdən azad etmək niyyətində deyil.
News24.az "TASS"-a istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu bildirib ki, müharibəni onun bütün məqsədlərinə çatana qədər bitirməyəcək:
"Çatmaq istədiyimiz məqsədimiz HƏMAS-ın məhv edilməsi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın təmin olunmasıdır. Artıq İsrail üçün təhlükə yoxdur”, - deyə Netanyahu bildirib.
Xatırladaq ki, müəyyən dövrlərdə İsrail ilə HƏMAS arasında qısamüddətli atəşkəs olsa da, tam razılaşma əldə edilməyib.
Qumral