-
- 31-01-2024, 13:23
- 425
Türkiyədə həbs edilən silahlılarla hansı azərbaycanlı sövdələşib? - BAKIDAN TÜRKİYƏYƏ MİLYONLAR GÖNDƏRƏN.....
İstanbulda bir iş adamını təhdid edərək 49 min avronu ələ keçirən 3 nəfər saxlanılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, avqustun 28-də Şişlidə polisə müraciət edən Elşən adlı azərbaycanlı iş adamı müxtəlif vaxtlarda iş yerinə gələn 3 nəfərin davamlı olaraq əvvəlcə kömək, sonra isə onu müdafiə etmək üçün pul istədiklərini bildirib.
Bir müddət həmin şəxlərə ödənişlər edən iş adamı daha bunu edə bilməyəcəyini bildirib. Həmin vaxt isə şübhəlilər onu təhdid etməyə başlayıblar.
Bu təhdidlərdən qorxaraq şübhəlilərə 49 min avro ödədiyini deyən Elşən "Mən ofisdə olmayanda gəlib silahlarını göstərərək axtarış aparıblar. Məncə pul axtarırdılar. Sonra isə qayıdacaqlarını deyib getdilər”.
İş adamının şikayəti əsasında hadisə ilə bağlı araşdırmalara başlanılıb. İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər ofisə gələrkən təhlükəsizlik kameralarına düşüb. Əməliyyat zamanı şəxsiyyətləri müəyyən edilən 3 şübhəli yaxalanıb.
Azərbaycanlı Rəmzi A. (26), Qaytaran G. (27) və İlqar A. (40) şikayət əsasında sorğu-sual edilib. Şübhəlilərdən 2 ədəd silah ələ keçirildiyi öyrənilib. İttihamları rədd edən 3 şübhəli məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə bu hadisənin baş vermə səbəbi Bakıdan Türkiyəyə çirkli pullar göndərilib. Bu pulların silinməsinə yardım edəcək şəxslərə çatmalı olan maliyyə isə sahibinə verilməyib. Silahlı dəstələr bundan sonra işə qarışmalı olub. Söhbət 500 min avrodan gedir. Çirkli pulları Türkiyəyə ötürənlər isə Azərbaycanda kifayət qədər nüfuz sahibləri olan şəxslərdir. Əsas isə bir nəfər nüfuzlu şəxs bu işin reallaşmasına dəstək olub. Baş verən silahlı insidentlə bağlı onun oğru aləmi ilə də əlaqə qurduğu da deyilir. Mənbə eyni zamanda qeyd edir ki, Türkiyəyə çirkli pulları ötürməyə çalışan bu şəxslər Türkiyə Milli Təhlükəsizlik Qüvvələrinə də bəllidir.