Azərbaycan iş adamlarına 1 milyon “atan” şəxsi AXTARIŞA VERDİ
    • 10-06-2020, 17:34
    • 909

Azərbaycan iş adamlarına 1 milyon “atan” şəxsi AXTARIŞA VERDİ

Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib.

News24.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Türkiyə vətəndaşı Ali Osman Kutanoğlu Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilir.

Türkiyə mətbuatında yer alan məlumata görə, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı dələduzluq etməkdə, şəxsi məlumatları qanunsuz əldə edərək bu yolla şantaj və təhdid etməkdə şübhəli bilinərək 2 iyul 2017-ci ildə Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulda saxlanılıb. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Kutanoğlu istintaq təcridxanasına göndərilib. Daha sonra isə o, həbs qərarı ilə bağlı apelyasiya şikayəti edib. Onun şikayəti məhkəmə tərəfindən təmin olunaraq 1 ay sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ali Osman Kutanoğlunun azərbaycanlı iş adamlarına qarşı ümumilikdə 1 milyon 240 min avro məbləğində dələduzluq etdiyi iddia olunur