Azərbaycanda qoca nənə-babasını söyən gənc həbs edildi
    • 20-01-2023, 17:00
    • 296

Azərbaycanda qoca nənə-babasını söyən gənc həbs edildi

Sumqayıtda yaşadığı binanın qarşısında uca səslə nənə-babasını söyən gənc həbs edilib.

News24.az əldə etdiyi məlumata görə, hadisə zamanı Sumqayıtda yaşayan Qubadlı rayon Qarağac kənd sakini olan 28 yaşlı oğlan polisə çağırıldığını öyrənib.

Belə ki, onun babası evdən oğurluq edilməsi barədə Sumqayıt RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edib. Bundan sonra şübhəlilər arasında olduğunu görən nəvə binanın qarşısına çıxaraq nənəsi H.Bağırova və babası Q.Bağırovu yüksək səslə söyüb təhqir etməyə başlayıb.

Hadisə yerinə gələn polislər onu saxlayaraq bölməyə aparıblar. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən gənc Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 5 sutkalıq inzibati həbs edilib.

Taleh BAĞIROV