Faiq Ağayev: "Azər Həsrət çabalamağını "mücadilə" hesab edir"
    • 16-04-2019, 12:28
    • 992

Faiq Ağayev: "Azər Həsrət çabalamağını "mücadilə" hesab edir"

Xalq artisti Faiq Ağayev jurnalist Azər Həsrətin Azərbaycanın orta məktəblərinin rus bölmələrində təhsil alanlarla bağlı “Facebook” sosial hesabında paylaşdığı fikrə münasibət bildirib.

News24.az
xəbər verir ki, jurnalistin yazdığı “Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim.

Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun” statusuna görə Faiq Ağayev Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib: “Adam nə qədər “primitivçiliyin” dibinə düşübsə, çabalamağını "mücadilə" hesab edir. Sayqıdəyər Əflatun Amaşov, yalançı vətənpərvərlik nümunəsi olan bu ziyanlı yazını, hərcmərlik, süni ayrıseçkilik, cəmiyyətimizdə aqressiv qarşıdurmaya səbəb ola biləcək bu təhlükəli böhtanı söyləyən şəxs Azər Həsrət - iddia etdiyi kimi, başçılıq etdiyiniz Azərbaycan Mətbuat Şurası İdarə Heyyətinin üzvüdür. Siz həm də Azərbaycan Respublikası Milli Məclisinin deputatısınız. Qeyd etdiyim üzqaraldan “bəyanat” barədə mövqe bildirməyinizi Sizdən rica edirəm”.