Xamenei ABŞ-dan bunu əmr etdi
    • 2-02-2024, 12:00
    • 507

Xamenei ABŞ-dan bunu əmr etdi

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la birbaşa hərbi münaqişədən çəkinməyi əmr edib.

News24.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, bu həftənin əvvəlində İranın Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib. Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin ölümündən sonra Vaşinqtonun İrana və ya onun tərəfdarlarına zərbə endirəcəyi təqdirdə Tehranın görməli olacağı tədbirlər müzakirə edilib.

Qeyd edək ki, İslam Respublikasının dini lideri ABŞ-ın İrana hücum edəcəyi təqdirdə cavab zərbəsinə hazırlaşmağı da əmr edib.

Mehriban Mirzəzadə