İranda ayətullah qətlə yetirildi
    • 26-04-2023, 12:49
    • 194

İranda ayətullah qətlə yetirildi

İranın ali dini lideri Ayətullah Əli Xameneinin keçmiş nümayəndəsi Abbasəli Süleymaniyə sui-qəsd təşkil edilib. 

News24.az xəbər verir ki, İran dövlət televiziyası Süleymaninin Mazenderan əyalətinin Babolsar şəhərində güllələndiyini bildirib.

Hücum edən şəxsin tutulduğunu bildirən İran mediası hücumun səbəbini açıqlamayıb.

Qeyd edək ki, Süleymani həmçinin İranın ali liderini təyin edən 88 nəfərlik Ekspertlər Məclisinin də üzvüdür. 

Qumral Əliyeva