Zəlzələ xəbərdarlığı: Azərbaycan da bu fay xəttinə daxildir
    • 2-02-2024, 12:04
    • 506

Zəlzələ xəbərdarlığı: Azərbaycan da bu fay xəttinə daxildir

Yaponiyalı zəlzələ mütəxəssisi Morivaki deyib ki, ümumiyyətlə Aralıq dənizi, Egey və Mərmərədə 1 metr hündürlüyündə sunami olacaq. Hətta dənizin bəzi dərin yerlərində zəlzələ ilə birlikdə 3 metr yüksəklikdə sunami də ola bilər.

News24.az publika.az-a istinadən xəbər verir ki, Erciyes Universiteti (ERÜ) İl Mədəniyyət və Turizm Müdirliyi Mədəniyyət Mərkəzində "Kayseri 1-ci Zəlzələ Məlumatlandırma Paneli" tədbiri olub. Proqramda çıxış edən yapon zəlzələ mütəxəssisi Yoshinori Morivaki qeyd edib ki, Şimali Anadolu qırılma xətti dünyanın ən böyük qırılma xətlərindən biridir:

"İndoneziya və Malayziyadan başlayaraq Hindistan, Əfqanıstan, İraq, Azərbaycan, Türkiyə, Yunanıstan, İtaliya və İspaniyanın daxil olduğu bu xətt, böyük bir fay xəttidir. Zəlzələdən sonra sunamilər də olacaq. Dənizdə zəlzələ olarsa, sunami də olar. ".