Xocalı və Şuşa ətrafı meşəlik ərazilər MİNALANIB - FOTO
    • 2-02-2024, 12:21
    • 404

Xocalı və Şuşa ətrafı meşəlik ərazilər MİNALANIB - FOTO

Xocalı və Şuşa ətrafı meşəlik ərazilər minalanıb.

News24.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Vətən müharibəsindən sonra 480 km-ə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbirstanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə də magistral yolların üzərinə basdırılıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən 36 min hektaradək ərazi mina və partlamamış hərbi sursatlar dan təmizlənib. Belə ki, onlardan 11850-i partlamamış döyüş sursatı, 10400-ü piyada əleyhinə, 3300 tank əleyhinədir.