Türkiyədə meşəlik ərazilərə girişə QADAĞA QOYULDU
    • 21-07-2022, 16:23
    • 297

Türkiyədə meşəlik ərazilərə girişə QADAĞA QOYULDU

Türkiyədə meşəlik ərazilərə giriş qadağan olunub.

News24.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, vilayətlərə “Meşə yanğınlarına qarşı görüləcək tədbirlər” mövzusunda təlimat göndərilib.

31 avqust 2022-ci il tarixinədək meşə yanğınları üçün riskli ərazilərdə meşələrin ətrafında ocaq qalanması və meşəlik ərazilərə girişin qadağan olunması qeyd edilib. /Anadolu/