-
- 2-02-2024, 15:30
- 133
Rusiya XİN Estoniyaya etiraz etdi
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın bu ölkədəki müvəqqəti işlər vəkili Jana Vanamölderi çağıraraq Tallin hərbi qəbiristanlığında sovet əsgərlərinin qalıqlarını yenidən dəfn etmək planları ilə əlaqədar ona etiraz edib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova departamentin bəyanatında bildirib.
“Biz Estoniya hakimiyyətinin sovet hərbçilərinin qalıqlarını qohumlarının razılığı olmadan Tallin Hərbi Qəbiristanlığında yenidən basdırmaq planları ilə bağlı ona kəskin etirazımızı bildirdik”,- deyə Zaxarova deyib.
Mehriban Mirzəzadə