-
- 2-02-2024, 17:06
- 224
Ərdoğan və Putin nəyi müzakirə edəcək?
Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüş vaxtı barədə məlumat veriləcək.
News24.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, Putin və Ərdoğan qarşıdakı danışıqlarda bir neçə məsələni müzakirə etməyi planlaşdırırlar. Liderlər Rusiya və Türkiyə arasındakı münasibətlər və ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq daxil olmaqla həmişə olduğu kimi regional məsələləri də müzakirə edəcəklər.
Ölkə rəhbərlərinin Rusiya-Ukrayna məsələsini müzakirə edəcəyi də ehtimal edilir.
Qeyd edək ki, görüşün fevralın 12-də baş tutacağı ehtimal edilir.