-
- 16-04-2019, 16:19
- 1 432
Qaraçı ailələrinin problemlərinin aradan qaldırılması istiqamətində TƏDBİRLƏR GÖRÜLÜB
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi ilə birgə illik fəaliyyət planı əsasında 2017-ci ildə Qazax və Ağstafa rayonlarında qaraçı ailələrinin mövcud vəziyyəti ilə bağlı aparılmış tədqiqat təhlil edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən News24.az-a verilən məlumata görə, qaraçı ailələrinin problemlərinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib. Komitədən o da bildirilir ki, BMT-nin Uşaq Fondunun dəstəyi ilə cari ilin iyul ayından etibarən 3 ay müddətinə 4 sosial işçinin Qazax və Ağstafa rayonu icra hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın fəaliyyətinə cəlb edilib.
Layihə zamanı komissiyanın əməkdaşları sosial işçilərlə yaxından işləmiş, sosial iş sahəsində öz bilik və bacarıqlarını daha da inkişaf etdirmiş və həssas qruplardan olan uşaqlarla işini davam etdirib. 3 aylıq layihə çərçivəsində 104 ailə cəlb olunub, sosial işçilər tərəfindən 141 ailəyə ziyarət edilib. Layihədən ümumilikdə ilin ilk ayında Ağstafa və Qazax rayonlarından 316 benefisiar faydalanmış, onlardan 140-na birbaşa, 176-sına isə dolayısı ilə yardım göstərilib. Benefisiarlardan 159-u uşaqlar olmuş, onların 16-nın əlilliyi olub.