Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN
    • 16-04-2019, 16:58
    • 1 347

Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN

9-cu mikrarayonda binada güclü yanğın başlayıb Hazırda Bakının 9-cu mikrarayon ərazisi, Mir Cəlal 139 ünvanında yerləşın 9 mərtəbəli binanın 7-ci mərtəbəsində güclü yanğın başlayıb. Fövqəlada Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hazırda yanğınsöndürən maşınlar hadisə yerindədirlər.

Nazirliyin Binəqədi rayonunda baş vermiş yanğınla bağlı məlumatında o da bildirlir ki, Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.