Maykl Cordanın ayaqqabısı REKORD QİYMƏTƏ SATILDI
    • 3-02-2024, 21:39
    • 217

Maykl Cordanın ayaqqabısı REKORD QİYMƏTƏ SATILDI

Maykl Cordanın 1998-ci ildə NBA finalında geyindiyi ayaqqabılar hərracda satılıb.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, 1998-ci ildə NBA finallarında geyindiyi altı fərqli ayaqqabının İngiltərədə 8 milyon dollara satıldığı bildirilib.

Bu məbləğ matçda geyinilən idman ayaqqabısı üçün ödənilən ən yüksək qiymət olub. Ayaqqabılar Maykl Cordana məxsus idman əşyaları arasında ikinci ən bahalı əşya kimi qeydə alınıb.

Qeyd edək ki, ən bahalı ilk əşya isə Maykl Cordanın 1998-ci ildə NBA finalında geyindiyi forma olub. Əfsanəvi basketbolçunun forması 2022-ci ildə 10,1 milyon dollara satılıb.