-
- 3-02-2024, 22:09
- 254
Ordu ilə bağlı kritik qərar: Paşinyan hərəkətə keçdi
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın təsir dairəsində olan yüksək vəzifəli hərbçiləri ordudan uzaqlaşdırır.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Ermənistan Silahlı Qüvvələrində işdən çıxarılma və yeni təyinatlar gözlənilir. Nikol Paşinyan Rusiya izlərinin təmizlənməsi prosesini həyata keçirir. Əldə etdiyimiz məlumata görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Kamo Koçunts vəzifəsindən uzaqlaşdırılacaq. O, bu vəzifəyə 2021-ci ildə təyin olunub.
Müdafiə Nazirliyindəki mənbəmiz deyir ki, Paşinyan hərbçilərin məsləhəti ilə bu posta Mühəndis Qoşunlarının rəisi, general-mayor Karen Qriqoryanı gətirəcək”, - nəşr yazır.
“Hraparak” Ermənistan Silahlı Qüvvələrinin Baş Əməliyyat İdarəsinin rəisi postuna Temur Şahnazaryanın təyin olunacağını bildirib.