Ermənistan Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi
    • 4-05-2021, 16:50
    • 590

Ermənistan Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi

Ermənistan prezidenti Armen Sakisyan Karen Abrahamyanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edib.

News24.az
xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilib ki, konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə, habelə "Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında" Qanunun 40-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Baş nazirin təklifi əsas götürülərək Karen Abrahamyan Baş Əməliyyatlar İdarəsinin rəisi-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən  edilib.