XİN vacib məlumat yaydı
    • 4-02-2024, 21:16
    • 257

XİN vacib məlumat yaydı

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında bildirib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib.

2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub” paylaşımda deyilir.