Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
    • 5-02-2024, 10:30
    • 207

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketini bu il fevralın 24-nə – Ukraynada xüsusi hərbi əməliyyatın (SVO) başlamasının ikinci ildönümünə yaxın qəbul edəcək.

News24.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı sanksiyalar siyahısını 200-dən çox fiziki və hüquqi şəxsi əhatə edəcək şəkildə genişləndirmək niyyətindədir.

Bundan əlavə, Rusiyanın hərbi və texnoloji cəhətdən güclənməsinə töhfə verən şirkətlər də sanksiyalara məruz qalacaq.

Qeyd edək ki, yeni məhdudiyyətlərin qüvvəyə minməsi üçün onlar assosiasiyaya üzv olan 27 ölkənin hamısı tərəfindən dəstəklənməlidir.

Mehriban Mirzəzadə