Ucarda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı
    • 11-01-2023, 18:31
    • 203

Ucarda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun "Azərbaycan" küçəsində qeydə alınıb. "VAZ-21013" və "Seat lbiza" markalı minik maşınlarının toqquşması nəticəsində 4 nəfər - 1977-ci il təvəllüdlü Ramil Cümşüd oğlu Babayev, 1945-ci il təvəllüdlü Ceyran Həsən qızı İsmayılova, 1978-ci il təvəllüdlü Bəxtiyar Əli oğlu Mirzəyev və 2014-cü il təvəllüdlü Yusif Elman oğlu Həmidzadə müxtəlif xəsarətlər alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.