“Kasıb inəyini, qoyununu satacaq” - Aqil Abbasdan həmkarına etiraz
    • 5-02-2024, 21:09
    • 259

“Kasıb inəyini, qoyununu satacaq” - Aqil Abbasdan həmkarına etiraz

Milli Məclisin deputatı Elnur Allahverdiyevin hərbi xidmətlə bağlı təklifi geniş müzakirəyə səbəb olub. Ödənişli xidmət modelinin dövlət büdcəsinə böyük gəlirlər gətirəcəyini düşünən deputata qarşı ciddi etirazlar səsləndirilib.

News24.az pravda.az-a istinadla xəbər verir ki, parlamentin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas da həmkarının təklifinə kəskin etiraz edib: 

“Mən bu təklifin qəti əleyhinəyəm. Bu qədər! Daha müzakirə etmək istəmirəm ki, kasıb inəyini, qoyununu gedib satacaq...

Düzgün məsələ deyil, vəssalam. Türkiyədə də belə bir model var. Orada da olması düzgün deyil!”