ABŞ-da fövqaladə vəziyyət elan edildi
    • 5-02-2024, 17:30
    • 220

ABŞ-da fövqaladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya ştatına təsir edən atmosfer çayı tufanına görə ştatın 8 şəhərində fövqəladə vəziyyət elan edilib.

 News24.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti açıqlama verib. 

Səlahiyyətlilər xəbərdarlıq edib ki, Kaliforniya ştatında iki gün ərzində daşqınlar baş verə bilər. Güclü yağışlar həyat üçün təhlükəli vəziyyətlərə səbəb ola bilər. Kaliforniya qubernatoru Gavin Newsom əlverişsiz hava şəraiti ilə əlaqədar Los-Anceles, Orange, Riverside, San Bernardino, San Dieqo, San Luis Obispo, Santa Barbara və Ventura əyalətlərində fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

Sevinc Əhmədqızı