"Yeni Bakı yaşayış massivi"ndə yanğın: ölən var
    • 5-02-2024, 18:59
    • 120

"Yeni Bakı yaşayış massivi"ndə yanğın: ölən var

Abşeronda baş verən yanğında 1 nəfər ölüb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə "Yeni Bakı yaşayış massivi"ndə qeydə alınıb.

Yanğın nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) ölüb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.