Robert Koçaryanın oğlu Ermənistan İstintaq Komitəsinə çağırıldı
    • 5-02-2024, 23:40
    • 345

Robert Koçaryanın oğlu Ermənistan İstintaq Komitəsinə çağırıldı


Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Köçəryan Ermənistan İstintaq Komitəsinə çağırılıb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənstan mediası məlumat yayıb.

Xatırladaq ki, Levon Koçaryan ötən il 25 sentyabrda həbs edilib. O, Baş nazir Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılıb.

Onun barəsində dörd polis əməkdaşını döyməklə bağlı ittiham irəli sürülüb.

"Hayastan" fraksiyasının üzvü Armen Çarçyan öz deputat səlahiyyətlərindən Levon Koçaryanın xeyrinə imtina edib. Buna görə də məhkəmə deputat toxunulmazlığı statusu qazanmış Levon Koçaryanı vaxtından əvvəl azad etməli olub.