Koçaryan oğlunu bu yolla həbsdən QURTARACAQ
    • 6-11-2023, 16:02
    • 222

Koçaryan oğlunu bu yolla həbsdən QURTARACAQ

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu, küçə nümayişi zamanı polisləri döyməkdə ittiham edilərək həbs edilən Levon Koçaryan deputat mandatı alıb. 

News24.az xəbər verir ki, bu barədə qərar Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib.

“Mərkəzi Seçki Komissiyası bildirir ki, parlamentin “Ermənistan” blokunun mandatını növbəti namizəd Levon Robertoviç Koçaryan alır”, - MSK sədri Vaaqn Hovakimyan bildirib.

Bundan əvvəl “Ermənistan” fraksiyasını təmsil edən Armen Çarçyan deputat mandatından istefa verdiyini, seçki siyahısında ondan sonra gələn daha 4 namizəd də parlamentdə yer almaqdan imtina etdiklərini açıqlamışdı. Nəticədə Koçaryanın oğlu bu mandatı ala bilib.

Onun hüquqşünas komandası artıq bəyan edib ki, Levon Koçaryan mandatı aldıqdan sonra deputat toxunulmazlığı alıb və həbsdə qala bilməz. 

Ermənistanın keçmiş liderinin oğlu sentyabrın 22-də hökumət əleyhinə nümayiş zamanı saxlanılıb və o, dörd polis əməkdaşını döyməkdə ittiham olunur. 

Özü də bu ittihamları rədd edir. 

Onun vəkillər qrupu hesab edir ki, həbs Levon Koçaryanın və onun atasının siyasi baxışları ilə bağlıdır. 

Akqabay