Prezident seçkilərini 790 beynəlxalq müşahidəçi izləyəcək
    • 6-02-2024, 14:35
    • 100

Prezident seçkilərini 790 beynəlxalq müşahidəçi izləyəcək

Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsidir.

News24.az APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 90 272 müşahidəçi qeydə alınıb: “Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Onların hamısı mötəbər təşkilatlardandır. Artıq tam tərkibdə müşahidəçilər burdadır. 266 nəfər ATƏT-dən olan müşahidəçi var. MDB və digər qurumlardan da müşahidəçilər var. TÜRK PA nümayəndələri də burada iştirak edir".