Futbol tarixinin ən yaxşı oyunçusunu AÇIQLADI
    • 6-02-2024, 21:30
    • 245

Futbol tarixinin ən yaxşı oyunçusunu AÇIQLADI

"Çelsi"nin keçmiş yarımmüdafiəçisi və baş məşqçisi Frenk Lempard kimi futbol tarixinin ən yaxşı oyunçusu hesab etməsi ilə bağlı sualı cavablandırıb.

“Mən Maradona dövründə böyümüşəm, amma düşünürəm ki, Lionel Messi ən yaxşısıdır. Təkcə bu dövrün deyil, futbol tarixindəki hər hansı bir dövrün”, - Lempard deyib.

Xatırladaq ki, "İnter Mayami"nin heyətində Messi bütün turnirlərdə 14 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.

Lionel Messi nüfuzlu "Qızıl top" mükafatının səkkiz dəfə qalibidir./lent.az