Türkiyəli deputatlar seçkilərin gedişini izləyirlər - VİDEO
    • 7-02-2024, 12:18
    • 157

Türkiyəli deputatlar seçkilərin gedişini izləyirlər - VİDEO

Ölkəmizdə növbədənkənar prezident seçkilərində seçici izdihamı müşahidə olunur.

News24.az Trend-ə istinadla xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilən növbədənkənar prezident seçkilərini izləmək üçün ölkəmizə gələn xarici nümayəndələr arasında yer alan Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları da var. Onlar 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində seçki prosesini izləyiblər, seçicilərlə şəffaf seçkilər üçün yaradılan şəraitlə bağlı fikir mübadiləsi aparıblar.

Həmin kadrları təqdim edirik: