Evləri və yolları su basdı
    • 7-02-2024, 16:31
    • 129

Evləri və yolları su basdı

Gürcüstanda yağan güclü yağış ciddi fəsadlar yaradıb.

News24.az bildirir ki, güclü yağış və külək Xaşuridə və bələdiyyənin kəndlərində problemlər yaradıb - yolları, yaşayış evlərinin birinci mərtəbələrini, həyətyanı sahələri və təsərrüfatları su basıb.

Damlar zədələnib, elektrik xətləri sıradan çıxıb, müəyyən ərazilərdə qazın verilməsində problemlər yaranıb, güclü külək nəticəsində bir neçə yerdə ağaclar aşıb.

"Zədələnmiş elektrik xətlərinin bərpası davam edir. Daşqınların yaratdığı problemlərin aradan qaldırılması üçün texnika səfərbər edilib, işlər davam etdirilsə də, aramsız yağan yağış işlərin gedişinə mane olub", - meriyanın bəyanatında qeyd edilib.